ABŞ-ın Türkiyə ilə münasibətdə addımları tərəfdaşlıq münasibətləri anlayışına sığmır - ƏRDOĞAN

  • Müəllif: admin
  • 24 Oktyabr 2017 16:18

erdogan-suriya

ABŞ-dan fərqli olaraq Türkiyə hər bir şeyi faktlara əsaslanaraq ifadə edir.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ABŞ YPG və PYD-nin terror təşkilatları olmadığını iddia edir, amma bu təşkilatlar Rakka şəhərində PKK-nınlideri Abdulla Öcalanın şəkillərini asır.

R.T.Ərdoğan onu da əlavə edib ki, ABŞ-ın Türkiyə ilə münasibətdə addımları tərəfdaşlıq münasibətləri anlayışına sığmır.

Gununsesi.info