ABŞ müdafiə naziri Ukraynada səfərdədir

  • By admin
  • 24 Avqust 2017 11:22

Ceyms-Mattis-300x169

ABŞ-ın müdafiə naziri Ceyms Mettis işgüzar səfərlə Urkraynadadır.

Gununsesi.info unian-a istinadən xəbər verir ki, ABŞ müdafiə naziri C.Mettis Kiyevə dünən gəlib.

Amerikalı naziri ABŞ-ın bu ölkədəki səfiri Meri Yovanoviç qarşılayıb. Səfərin məqsədi barədə geniş bilgi verilmir.

Bundan əlavə, Ukraynanın müstəqiliyinin ildönümünün qeyd olunması ilə bağlı keçirilən tədbirlərə Pentaqondan böyük nümayəndə heyəti bu ölkəyə səfərə gəlib.

Gununsesi.info