
“Suriya hakimiyyəti ölkədəki vətəndaş müharibəsi zamanı ən azı 50 dəfə kimyəvi silahdan istifadə edib”.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.
“ABŞ-ın gəldiyi qənaətə görə, Bəşşar Əsəd ən azı 50 dəfə kimyəvi silahdan istifadə edib. İctimayyətin fikrincə isə bu rəqəm 200-ə çatır”, – o deyib.
Qeyd edək ki, Suriya hakimiyyəti kimyəvi silahdan yararlandığını inkar edir.
Gununsesi.info










