ABŞ səfiri Salyanda icra başçısı ilə görüşüb

  • By admin
  • 15 Noyabr 2017 14:24

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Anna Sekuta Salyan rayonuna səfər  edib.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, ABŞ səfiri Salyan rayonuna səfəri çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb, rayonun kənd təsərrüfatı imkanları ilə tanış olub, “Cümə” məscidində olub. Daha sonra səfir Salyan Mərkəzi Kitabxanasında yerləşən “Amerika guşəsi”nə baş çəkib. Səfir guşədə ingilis dilinin öyrənilməsi və təhsil proqramlarının mənimsənilməsi prosesi ilə maraqlanıb, ABŞ-da təhsil almaq istəyən şagirdlərlə görüşüb.

Diplomat bildirib ki, belə bir guşənin açılması iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişafına xidmət edir, guşədə ingilis dilini öyrənmək və təhsil proqramlarını mənimsəmək üçün lazımı şərait yaradılıb.

Mərkəzə müraciət edənlər yalnız ABŞ-ın mədəniyyəti haqda deyil elm, mühəndislik, texnologiya və digər sahələrlə bağlı faydalı məlumatlar əldə edə bilər. ABŞ haqqında lazım olan məlumatları əldə etmək arzusunda olanlar üçün mərkəz lazımi kitablar, kompüterlərlə təmin olunub.

Gununsesi.info