ABŞ səfirliyi Qüdsdə fəaliyyətə başladı – Dövlət Departamenti açıqlama yaydı

  • Müəllif: admin
  • 04 Mart 2019 15:57

ABŞ-ın İsraildəki səfirliyi və Baş Konsulluğu martın 4-dən etibarən bir struktur,  ABŞ səfirliyi adı altında Qüdsdə fəaliyyət göstərməyə başlayır.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti yayıb. “Bu qərar diplomatiyamızın səmərəliliyini və məhsuldarlığını, səylərimizi artırmaq üçün qəbul edilib. Bu, ABŞ-ın Qüds, İordan çayının qərb sahili və ya Qəzza zolağı ilə bağlı siyasətinin dəyişməsi demək deyil. İsralilin Qüdsdə suverenliyinin konkret sərhədlərinin yekun statusu tərəflər arasında danışıqların predmetidir”, – Dövlət Departamentinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Dövlər Departamenti İsrail və Fələstinin işıqlı gələcəyinin təmini, davamlı və əhatəli sülhün əldə edilməsi üçün əvvəlki səylərini artıracaq. Xatırladaq ki, ABŞ 2018-ci ilin may ayında səfirliyini İsrailin paytaxtı Tel-Əvivdən Qüdsə köçürülüb.