ABŞ şəhərinə xaker hücumu

  • Müəllif: admin
  • 11 Aprel 2017 12:27

haker_2378476766

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da bənzəri olmayan hadisə baş verib. Belə ki, Texas ştatının ən böyük şəhərlərindən olan Dallasda qasırğa üçün qurulmuş 156 xəbərdarlıq siqnalı eyni zamanda işə düşüb. 90 dəqiqə ərzində susmayan siqnallar sakinləri qorxuya salıb. Qaynar xətt nömrələrinə zəng etməklə yanaşı, şəhəri tərk etməyə çalışanlar da olub.

Səlahiyyətli şəxslər bu vəziyyətin xaker hücumu nəticəsində baş verdiyini düşünür. Onlar günahkarı tapmağa çalışsalar da, bunun “samanlıqda iynə axtarmaq” kimi bir şey olduğunu bildirməkdən çəkinməyiblər.

Nigar

Gununsesi.info