
“Topdansatış qiymətləri hər həftə süni surətdə artırılanda, mağazada işlyənlər də əvvəlki qədər mal sata bilmədiyindən ağır duruma düşürlər. Qazananlar isə monopolist və onun möhtəkir qrupu olur”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib.
Onun sözlərinə görə, süni qiymət artımının qarşısnın alınması- aidiyyatı orqanların bilavasitə vəzifəsidir:
“Bir sıra obyektiv və subyektiv səbəblərdən süni qiymət artımına qarşı mübarizənin səmərəlilik dərəcəsi çox aşağıdır. Qiymətləri süni surətdə qaldıranlar hər faiz qiymət artımına görə ölkə əhalisinin ailə büdcə 300 milyon manat, yekunda hər il 1,5 milyard manatdan çox ziyan vururlar”.
Bunu nəzərə alan millət vəkili hesab edir ki, süni qiymət artımının qarşısnın alınmasının etibarlı yolu idxal etdiyimiz məhsulların mümkün hissəssinin istehsalını, yüksək məhsudarlığa və keyfiyyətə nail olmaq şərtilə Azərbaycanda təşkil etmək lazımdır.
“Ölkədə məhsul ishehsalı artımına yüksək səviyyədə nail olmaqdan ötrü sahibkarlıq qarşısında duran bütün maneələr sonacan aradan qaldırılmalıdır”- deyə, Ə.Məsimli bildirib.
Mürtəza
Gununsesi.info











