ABŞ və Britaniya kəşfiyyatı: Hərbi müşavirlər Putinə həqiqəti deməyə qorxur

  • By admin
  • 31 Mart 2022 18:12
Müharibənin 36- cı günündə Ukrayna qoşunları ölkənin cənub-şərqində bir sıra şəhərlər üzərində nəzarəti özlərinə qaytarmağa nail olub, Rusiya qoşunları isə şərqə və Belarus sərhəddinədək geri çəkilib.
Son 24 saatda Kreml öz qüvvələrini Kiyev vilayətində toplayıb, bugünə olan məlumata görə, orada Rusiyanın Ukraynada olan silahlı qüvvələrinin beşdə bir hissəsi cəmləşib.
Gununsesi.info  xəbər verir ki, bu barədə Amerika və Britaniya kəşfiyyatının məlumatlarına istinadən İsrailin 13-cü kanalı məlumat verib.
Bundan başqa, Ağ evin və Britaniya kəşfiyyatının məlumatlarına görə, Rusiyanın hərbi qulluqçularının sıralarında əhval- ruhiyyə Ukraynada ağır itkilər və uğursuzluqlar ucbatından     düşkünlük səviyyəsindədir, habelə təchizat çatışmazlığından mənəvi ruh son dərəcə aşağıdır.
Bəzi hallarda bütöv bölmələr Rusiya komandanlığının əmrlərini icra etməkdən imtina edir,  “dostcasına atəşlə” isə Rusiyanın qırıcı təyyarəsi vurulub.
Briraniya kəşfiyyatının rəhbəri Ceremi Fleminq Avstraliyada mətbuat konfransında bəyan edib ki, Putin Rusiya silahlı qüvvələrinin imkanlarını Ukraynada tezliklə qələbə qazanmaq planlarında həddən artıq yüksək dəyərləndirib.
“Biz döyüş ruhu son dərəcə aşağı olan, lazımi silahları olmayan, əmrlərin icrasından imtina edən, öz silahını və hərbi texnikasını korlayan, hətta təsadüfən öz təyyarəsini vuran Rusiya əsgərlərini görmüşük”, – Fleminq bəyan edib, amma bunun harada baş verməsini dəqiqləşdirməyib.
Bu zaman, Ağ evin fikrincə, Putinin qorxu içərisində olan hərbi müşavirləri ona yanlış məlumatlar verir, onun qəzəbindən qorxur, Ukrayna cəbhələrində tutqun həqiqəti ona çatdırmırlar.
Bu səbəblərdən də Rusiya prezidentinə beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatı üçün nəticələri barədə düzgün hesabat verilmir.
Gununsesi.info