ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

  • By admin
  • 15 Dekabr 2017 11:00

Son 13 ildə 11882 azərbaycanlı naturalizasiya qaydasında ABŞ vətəndaşlığı alıb.

Gununsesi.info xəbər verir ki, onlardan 4959-u kişi, 6916-ı isə qadındır.

Yeddi nəfər isə rəsmi məlumatlarda hansı cinsə mənsub olduqlarını qeyd etməyiblər.

Həmçinin ABŞ-da azərbaycanlıların ən çox yaşadıqları ştatın adı açıqlanıb. Bu ölkənin Kaliforniya ştatıdır.

ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin rəsmi hesabatına əsasən, 2003-2016-cı illərdə ABŞ passportunu əldə edərkən 3954 azərbaycanlı daimi yaşayış ünvanı kimi sənədlərdə bu ştatı göstərib. İkinci yerdə Nyu- York ştatı (3331) və Missuri (1762) gəlir.

Gununsesi.info