AFFA-dan azarkeşlərə şad xəbər

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 11:50
59d4911424964_1439198733_affa
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədiylə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.
Gununsesi.info AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.
Azərbaycan – Çexiya matçı oktyabrın 5-də keçiriləcək və saat 20.00-da başlayacaq

Gununsesi.info