Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.
Nazirlikdən Gununsesi.org -a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.
Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.
Gununsesi.org