Ağacan Abiyev : “Zahid Oruc yerli-yersiz çıxışını bilməlidir”

  • By admin
  • 24 İyun 2016 12:56

Zahid Oruj

 

 

Məlumat verdiyimiz kimi Milli Məclisin sədri Oqtay Əsədov  millət vəkili Zahid Orucun özünü apara bilməməsi ilə bağlı İntizam Komissiyasıan araşdırma aparmasını təklif etmişdir. Gununsesi.info xəbər verir ki, İntizam Komissiyasının sədri Ağacan Abiyev jurnalistlərə açıqlamasında bildirib ki, millət vəkili Zahid Oruc komissiyaya dəvət olunacaq  və onun hərəkətləri orda müzakirəyə çıxarılacaq.

Komissiya sədri onuda qeyd edib ki, parlamentarinin söz demək hüququ olsada, o yerli-yersiz çıxışını bilməlidir. Onun hər hansı bir deputatla mükaliməsi, cavab qaytarması ola bilər. Ancaq  heç bir taktikada yoxdur ki, deputat parlament sədrinə cavab qaytarsın və sərt reaksiya versin.  Bunun üçün Z.Orucu komissiyaya dəvət edərik, ona öz məsləhətimizi verib, bundan sonra etik davranış qaydalarına əməl etməsini tövsiyə edərik.

A.Abiyev onuda əlavə edib ki, Zahid Oruc gəncdir, kifayət qədər aktiv və bacarıqlı deputatdır, onun gələcəyi var . O gələcək fəaliyyətində bütün çıxışlarında bunu nəzərə almalıdır.

Mürtəza