Ağdamda dörd nəfər minaya düşdü -Ölən və yaralananlar var

  • By admin
  • 16 Mart 2021 18:48

Ağdam rayonunda dörd mülki şəxs piyada əleyhinə minaya düşüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlərə məcburi köçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info