ağzalda yatmağın qiyməti 5 manat oldu

  • By admin
  • 17 Aprel 2017 16:48

58f4ba8d9d2bf_1slipbox-(2)_2978431090_2978943186_2984864098

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulan “Sleepbox”un bir saatlıq qiyməti 10 manatdan 5 manata endirilib.

Bunu Gununsesi.info-ya Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

QSC rəsmisi bildirib ki, “Sleepbox” istifadəyə veriləndən bu günə qədər 15-ə yaxın sərnişin bu xidmətdən istifadə edib. Şöbə rəisinin sözlərinə görə, ehtiyac olacağı halda “Sleepbox”un sayı artırılacaq.

Qeyd edək ki, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. “Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Gununsesi.info