
İrəvanda keçirilən etiraz aksiyaları zamanı sürücülərlə aksiya iştirakçıları arasında dava düşüb.
Gununsesi.info “novosti-aremniya”ya istinadən xəbər verir ki, İrəvanın Qeraçi-Koryun küçəsində “Mercedes-Benz”-in sürücüsü aksiya iştirakçısını ölümcül vəziyyətə saıb. Belə ki, sürücü və maşındakı sərnişinlər aksiya iştirakçılarından yolu boşaltmağı tələb edərək daha sonra söyüş söyüblər. Bununla ürəkləri soymadığından aksiya iştirakçılarına hücum edərək onları döyməyə başlayıblar. Polis dava edənləri ayırıb, maşına yol versə də, maşın digər küçələrin bağlı olduğundan hərəkət edə bilməyib.
Gununsesi.info