“Aktiv döyüşlər zamanı şəhid olanların sayı avtomobil qəzalarında ölənlərin sayından az olub” - Millət vəkili

  • By admin
  • 08 Sentyabr 2016 15:08
cabrayilov
 
“Hətta, Qarabağda aktiv döyüşlər zamanı şəhid olanların sayı Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayından az olub”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov sentyabrın 8-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Yol hərkəti qaydaları” haqqında qanuna dəyişikliklərin  müzakirəsində deyib. Onun sözlərinə görə, təkcə son beş ildə avtomobil qəzasında ölənlərin sayı beş  minə yaxındır. “Eyni zamanda, qanunlarn təkmilləşdirilməsi və cəzaların sərtləşdirilməsi nəticəsində avtomobil qəzalarında ölənlərin sayı azalmaqdadır, bunu son ilin rəsmi statistikası da deməyə əsas verir. 2012-ci ildə avtomobil qəzasında ölənlərin sayı 1200-ə yaxın olub. 2013-cü ildə 1160, 2014-cü ildə 1121, 2015-ci ildə 891, 2016-cı ilin 6 atyında isə avtomobil qəzasında ölənlərin sayı 304 nəfər olub”. Millət vəkili əlavə edib ki, əgər ölənlərin sayı bu qədərdirsə, yaralıların say bundan dəfələrlə artqdır.
Mürtəza 
Gununsesi.info