Allah hansı günahları bağışlamaz?

  • Müəllif: admin
  • 01 İyul 2017 20:47

din
Allah-təala səmimi qəlbdən tövbə edilmiş bütün günahları bağışlayar inşaAllah.
Hətta tövbə edilməmiş günahların da bir hissəsi bağışlana bilər və ya başqa savablar həmin günahları silə bilər.
Yalnız Allaha şərik qoşmaq – əgər tövbə edilməsə – bağışlanmaz. Bu barədə Quranda buyurulur: “Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəx­sin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük gü­nah etmiş olur” (Nisa, 48).
Bağışlanmaz günahlardan biri də başqa adamın haqqına təcavüz etmək və ondan halallıq almamaqdır (buna “həqqün-nas” deyirlər). Bu cür günahı bağışlamaq ixtiyarını heç Allah da öz üzərinə götürməz. Yalnız məzlum şəxs halallıq versə, bu günah bağışlanar.

Gununsesi.info