Allahşükür Paşazadədən xalqa referendum təbriki

  • By admin
  • 27 Sentyabr 2016 11:11
allahsukur
Allahşükür Paşazadə Azərbaycan xalqını referendumla bağlı təbrik etdi.
Gununsesi.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə sentyabrın 26-da keçirilən referenduçun yekunları ilə bağlı mövqeyini açıqlayıb.
Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı keçirdiyi tədbirdə  referendumla bağlı mövqeyini aşıqlayaraq deyib ki, Azərbaycan xalqı xoşbəxtdir: “Xalqa böyük təbrik düşür ki, belə bir referendum keçirdi və nəticə etibarilə ona “hə” dedi”. 
O, ölkə müsəlmanları adından Azərbaycan xalqını təbrik edərək deyib ki, səsvermənin nəticələri prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın rifahına xidmət edir.
Gununsesi.info