Almaniya səfiri Gürcüstanı Azərbaycana nümunə göstərdi - MiİXAEL KİNDSQRAB ALMAN FONDLARININ AZƏRBAYCANA QAYIDIŞIIN MÜMKÜNLÜYÜNDƏN DANIŞDI

  • Müəllif: admin
  • 24 Aprel 2019 10:39

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransı keçirib.

Gununsesi.org-un xəbərinə görə, səfir iki ölkə münasibətlərindən danışdıqdan sonra media nümayəndələrinin suallarını cavablandırıb.

Səfir fəaliyyəti ölkəmizdə qadağan olunan məşhur Amaniya fondalrl -“Fridrix Ebert və Fridrix Nauman fondlarının fəaliyyətinin yenidən ölkəmizdə mümkünlüyü barədə suala da cavab verib.

O, bildirib ki, Almaniya rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə edir və müsbət nəticələrə ümid bəsləyir: “Əlbəttə, biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq”

Səfir Almaniyanın Azərbaycan və Avropa İttıfaqı arasında imzalanacaq sazişə dair danışıqları dəstəklədiyini bildirib:”Biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq. Biz ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq. Bu saziş imzalandıqdan sonra Azərbaycan və Aİ arasında əlaqələrin daha da inkişafına təkan veriləcək”, o bildirib.

Səfir, həmçinin “Azərbaycan və Aİ arasında “açıq səma” prinsipini nəzərdə tutan aviasiya sazişinin imzalanmasına da toxunub. O, deyib ki, bu saziş  Azərbaycana turist axınına da yardım edəcək

İki ölkə arasında turizmin inkişafını şərh etməsilə bağlı suala cavab olaraq o deyib ki, Azərbaycan səyahət üçün gözəl ölkədir. Lakin yalnız son 4 ildə turizmin inkişafına lazımi diqqət yetirilir. Belə qısa müddətdə nəticələri qiymətləndirmək çətindir.

O, qonşu Gürcüstanı nümunə göstərib. Sıfırdan başlayaraq turizmin inkişaf strategiyasını qəbul edib və indi böyük irəliləyişə nail olub: “”Bu yöndə addım-addım irəliləmək lazımdır, ancaq ardıcıl olaraq”.

O, viza prosedurlarının sadələşdirilməsini mühüm məqam adlandırıb. Bundan əlavə, Aİ ilə ümumi aviasiya məkanı haqda saziş turizmin inkişafına təkan və töhfə verəcək.

“Bildiyim qədərilə saziş üzrə danışıqlar hazırda intensivləşdirilib”, səfir vurğulayıb.

Mixael Kindsqrab Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

O deyib ki, Almaniya Qarabağ münaqişəsində status-kvonun saxlanmasını qəbuledilməz sayır.

“Biz münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlara çağırırıq və ATƏT-in Minsk Qrupunun, ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin bu yöndə səylərini dəstəkləyirik. ATƏT-in Minsk Qrupu çərçivəsində bütün prosesləri, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin, həmçinin iki ölkə xarici işlər nazirlərinin görüşlərini diqqətlə izləyirik,” səfir bildirib.

O ümidvar olduğunu bildirib ki, bu proses çərçivəsində konkret nəticələrə nail olunacaq.

Gununsesi.org