Almanlar koronavirusa qarşı peyvəndi testlərdən keçirdi

  • Müəllif: admin
  • 22 Aprel 2020 17:21

Alman Federal Vaksinasiya İnstitutu koronavirusa qarşı peyvəndin kliniki testlərdən keçdiyini açıqlayıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, peyvənd Almaniyanın “BioNTech” biotexnoloji şirkəti tərəfindən hazırlanıb.

İlk mərhələdə 18-55 yaş arası 200 sağlam insanda sınaqdan keçirilməsi planlaşdırılan vaksinə “BNT162” adı verilib.

Qeyd edək ki, “BNT162” peyvəndi dünyada ilk mərhələ olaraq klinik testlərdən uğurla keçən dördüncü peyvənddir.

Gununsesi.org