Alonso Bakıda rekord qıra bilər

  • By admin
  • 09 İyun 2022 12:38

“Alpine” komandasının pilotu Fernando Alonso Bakı yarışında Mixael Şumaxerin rekordlarından birini qıra bilər.

Gununsesi.info xəbər verir ki, əfsanəvi Şumaxer “Formula 1” karyerasına 1991-ci ildə başlayıb, 2012-ci ildə bitirib. O, idmanda 21 il 3 ay (7763 gün) keçirib. Bu sahədə rekordçudur.

Amma Bakıda bu tarixi rekord yenilənəcək. İspaniyalı pilot 342-ci yarışına keçirəcək. Veteran pilot “Formula 1” karyerasına 2001-ci ildə başlayıb. Fernando bir ara səfiri olduğu Bakı Şəhər Halqasında 7770 günlə əfsanəvi Şumaxerin rekordunu qıracaq.

Bundan başqa, Maks Ferstappen podiuma yüksəlsə, “Red Bull” komandasındakı podium sayında əfsanəvi Sebastyan Fetteli qabaqlayacaq. Almaniyalı pilot “Red Bull”un heyətində 113 yarışda, Ferstappen isə 125 yarışda 65 dəfə podiuma yüksəlib. Niderlandlı pilot Bakıda podium qazansa, Fetteli geridə qoyacaq.

Gununsesi.info