Alyaska ştatı faciə ilə üz-üzə - 8 BALLIQ ZƏLZƏLƏ VƏ SUNAMİ TƏHLÜKƏSİ

  • By admin
  • 23 Yanvar 2018 22:22

ABŞ-ın Alyaska ştatında Rixter cədvəli üzrə 8.2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanlar Sakit okeanda, Kadyak şəhərindən 278 kilometr şərqdə qeydə alınıb.

Məlumata görə, zəlzələnin episentri yerin 19 kilometr dərinliyində olub.

Seysemologiya Xidməti zəlzələ nəticəsində sunami təhlükəsinin yarandığı barədə məlumat yayıb.

Hələlik hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.

Gununsesi.info