Alyaskada sunami təhlükəsi elan edilib, əhali təxliyə edilir

  • By admin
  • 22 İyul 2020 14:06

Sunami təhlükəsi ilə əlaqədar ABŞ-ın Alyaska ştatının sahilboyu bölgələrində təxliyyə tədbirləri həyata keçirilir.

Təxliyyə barədə qərar Alyaska sahillərində baş vermiş 7,8 bal gücündə zəlzələdən sonra elan olunub.

Gununsesiaz.info TASS-a istinadən xəbər verir ki, təxliyyə zəlzələnin episentrindən 300 kilometr radiusda yerləşən sahilyanı ərazilərdəki yaşayış məntəqələrində həyata keçirilir.

Qeyd edək ki, yeraltı təkanlar Alyaska ştatının ən böyük şəhəri Ankoricdə də hiss olunub.

Zəlzələ ocağının 28 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Gununsesiaz.info