AMEA 2 institutu üçün direktor axtarır

  • Müəllif: admin
  • 26 Oktyabr 2017 13:34

AMEA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrində direktor vəzifəsinə seçkilərin keçirilməsi üçün sənəd qəbuluna başlanılıb.

Gununsesi.info xəbər verir ki, akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyəti Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu, Dendrologiya İnstitutu üzrə direktor seçkiləri keçiriləcək.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlər sənədlərini AMEA-nın Biologiya və Tibb Elmləri Böl­məsinə 1 ay müddətində təqdim etməlidirlər.

Gununsesi.info