AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı

  • By admin
  • 22 Oktyabr 2019 21:42

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. 
Gununsesi.org xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti  Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.
Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.
AMEA-nın yeni prezidenti kimi akademiklər – Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.
Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.

 

Gununsesi.org