Amerikanın yeni səfiri Bakıda ilk bəyanatını verdi

  • Müəllif: admin
  • 07 Mart 2019 22:37

ABŞ-ın yeni səfiri Bakıya gəldi (VİDEO)

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Li Litsenberger martın 7-də ölkəmizə gəlib.

Gununsesi.org xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən diplomat, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib.

Bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərinin icrasına başlamağı, mədəniyyətimizlə tanış olmağı, habelə xalqlarımız və ölkələrimiz arasında əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyir.

Qeyd edək ki, Li Litzenberqer bu vəzifəyə bu ilin yanvar ayında təyin edilib.

Buna qədər o, ABŞ Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsində çalışıb.

gununsesi.org