Fransa XİN-ni 450 min avro cərimələndi - GENDER BƏRABƏRLİYİNİ POZDUĞUNA GÖRƏ

  • Müəllif: admin
  • 08 Mart 2019 11:06

Fransa hökuməti gender bərabərliyi qanununun pozulmasına görə Xarici İşlər Nazirliyini 450 min avro məbləğində cərimələyib.

Gununsesi.org  xəbər verir ki, bu barədə “La Monde” qəzeti yazıb.

Qanunvericiliyə əsasən, qadınlar nazirlikdə hakim vəzifələrin 40%-ni tutmalıdır. 2018-ci ildə bu göstərici 39%, ondan əvvəlki il isə 29% təşkil edib. Xarici siyasət idarəsində tələb olunan normaların yerinə yetirilməsi üçün rəhbərlikdə 5 qadın işçi çatışmayıb. Hər çatışmayan yerə görə məhkəmə nazirliyi 90 min avro cərimələyib. “La Monde”nin məlumatına görə, fransalı səfirlər arasında qadınlar 26%, konsullar 24% təşkil edir.

Qeyd edək ki, mövcud qanun 2012-ci ildən qüvvəyə minib. Qanun pozuntusuna görə, indiyədək ən böyük cərimə İqtisadiyyat Nazirliyinə (1,7 milyon avro) verilib.