Amsterdam, Barselona, Arlinqton… - TURİSTLƏRİ SEVMƏYƏN ƏN MƏŞHUR ŞƏHƏRLƏR

  • By admin
  • 17 May 2017 23:10

amsterdam

Böyük Britaniyanın “The Independent” qəzeti dünyanın turistlərə qarşı xoş münasibət göstərilməyən 8 bölgəsini müəyyən edib.

Gununsesi.info məlumat verir ki, ən “turist sevməz” bölgə ABŞ-da Texas ştatının Arlinqton şəhəri hesab olunub.

İlk üçlükdə İtaliyanın Çinkue Terre milli parkı və Yunanıstanın Santorini adası qərarlaşıb. Bu bölgələrdə sakinlər həddən çox turistin gəlməsindən şikayətlənir.

Bundan başqa, siyahıya Yaponiyanın isti su hövzələri bölgəsi, Amsterdam, Barselona, Butan və Tailandın Ko-Kay adası daxil edilib.

“The Independent” qəzeti reytinqin hansı meyarlar əsasında tərtib olunduğunu açıqlamayıb.

Gununsesi.info