Angela Merkel Türkiyə və İrana çağırış etdi - BÖLGƏDƏ GÜCLƏRİN BALANSINI TƏMİN ETMƏK LAZIMDIR

  • By admin
  • 10 İyun 2017 11:16

angela_merkel_wallpaper_8

Almaniyanın kansleri Angela Merkel Fars körfəzində Qətər ətrafında yaranmış situasiyanın inkişafından narahatlığını dilə gətirərək, Türkiyə, İran və Fars körfəzi ölkələrinə regional böhranın aradan qaldırılması üçün birgə səylərin göstərilməsi ilə bağlı çağırış etdi.

Gununsesi.info “reuters”ə istinadən xəbər verir ki, Angela Merkel baş verən hadisələri çox narahatedici bir olay kimi dəyərləndirərək, böhranın regional aktyorların prosesə cəlb edilmədən həllinin qeyri mümkünlüyünü bildirib: “Biz görürük ki, Suriya, Liviya, İraq kimi münaqişələrdə siyasi qərarların bölgədə maraqları olan oyunçuların iştirakı olmadan həlli mümkün deyil və bunun nəticəsində də dialoq baş tutmur. Hazırki məqamda söhbət Qətər, Türkiyə və İrandakı situasiyadan gedir”.

Merkel onu da əlavə edib, bölgədə güclərin balansını təmin etmək lazımdır.

Gununsesi.info