“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs tutulub

  • By admin
  • 10 İyun 2017 11:21

tutul211015

Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb.

Gununsesi.info