Ankarada SOCAR prezidentinə ciddi mesajlar verilib - politoloq

  • By admin
  • 03 Avqust 2016 16:05
elxan
“Şübhə etmirəm ki, Türkiyədəki görüşlərdə Rövnəq Abdullayevə ciddi mesajlar verilib”.
Gununsesi.info xəbər verir ki, bu fikri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində SOCAR prezidenti Rövnəq Abdullayevin Türkiyə prezidenti Ərdoğan və digrə rəsmilərlə görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Ərdoğanın özü isə SOCAR-ın fəaliyyətini dəstəklədiyini deyib.
“Ancaq onu da yaxşı anlamalıyıq ki, türkiyəli rəsmilər və diplomatlar əsas fikirlərini və mesajlarını sətiraltı ifadələrlə çatdırırlar. Onlar söz oynatmaqda ustadırlar. Rövnəq Abaullayev bu dəfə də Türkiyədə ona verilən mesajlara əhəmiyyət verməsə, türkiyəli rəsmilərin heç bir məna ifadə etməyən “güllük, gülüstanlıq” açıqlamalarını əsas tutsa, yaxın perspektivdə SOCAR-ın adı yenə Gülən şəbəkəsi ilə birgə çəkiləcək”.
Ona görə də politoloq hesab edir ki, Rövnəq Abdullayevin Türkiyəyə budəfəki səfəri onun qardaş ölkəyə keçmiş səfərlərdən xeyli fərqlənir. “Birincisi, bu hərbi çevrilişə cəhddən sonra Azərbaycan rəsmilərindən bir kimsənin Türkiyəyə ilk rəsmi səfəridir. İkincisi, SOCAR-ın Türkiyədəki bütün rəhbər heyəti və ən böyük investisiya yatırdığı şirkətin rəhbərləri həbs olunublar. Bu da sıradan hadisə deyil. Doğrudur, Rövnəq Abdullayevlə görüşdə Türkiyənin enerji naziri və prezident Ərdoğanın kürəkəni Berat Albayrak PETKİM-də aparılan yoxlamaların SOCAR-la əlaqəsinin olmadığını deyib”- deyə,  E.Şahinoğlu qeyd edib.
Mürtəza
Gununsesi.info