Aparat rəhbəri Birinci vitse-prezidentin Katibliyinin rəis müavini təyin oldu

  • Müəllif: admin
  • 12 İyun 2017 10:12

tehsil

Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib

Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.

“Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb”, – deyə, C.Valehov əlavə edib.

Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.

Gununsesi.info