Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib

  • By admin
  • 25 Sentyabr 2017 11:00

affa

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.  

AFFA-dan Gununsesi.info-ya verilən məlumata görə, iclasda “Bakılı” FK və “Şahdağ” FK tərəfindən I divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.
2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Anar

Gununsesi.info