Aprel şəhidlərinə həsr olunan kitabın I cildi işıq üzü görüb - FOTOLAR

  • By admin
  • 01 Aprel 2017 13:15

aida-2

Kitab Azərbycanın Ali Baş komandanı İlham Əliyevin “Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüçləri bizim şanlı qələbəmizdir!” –sözləri ilə başlayır.

Gununsesi.info-nun xəbərinə görə, jurnalist Aida Eyvazlı Göytürkün bir il müddətində ərsəyə gətirdiyi  “Qalibiyyət- sahidlər və şəhidlər” kitabının 1-ci cildində aprel düöyüşlərində şəhid olmuş 45 qəhrəman oğlumuzun həyat səlnaməsi əksini tapıb. 

Kitaba ön sözü Azərbaycan Yazışılar Birliyinin katibi, “522-ci qəzet”-in baş redaktoru Rəşad Məcid yazıb.

Azərbaycanın 25 illik müstəqilliyi  dövründə  yazılan ilk qələbə müjdəli kitabda həm də Vətənimizin döyüş tarixindən, türk dünyasının qəhrəmanlarının barəsində də tarixi faktlar yer alıb.

436 səhifədən ibarət olan kitab şəhidlərimizin ömür yolu, həyat hekayətləri onların dostlarının, doğmalarının xatirələri əsasında yazılıb.

aida

Kitabda eyni zamanda Lələtəpə, Seysulan, Talış yüksəkliyi barədə maraqlı xatirələr, o döyüşləri və qələbə anını əks etdirən məqamlar, aprel döyüşlərinin dünyada doğurtduğu əks – səda öz əksini tapıb.

Kitabda müəllifin özünün çəkdiyi fotoşəkillər və şəhidlərin  həyatından bəhs edən fotolar da var.

“Qalibiyyət- sahidlər və şəhidlər” kitabı , həm də Azərbaycanın qəhrəmanlıq tarixini özündə əks etdirən sənədli səlnamədir.

Kitab “ÇapArt” Nəşriyyat Evinin mətbəəsində 500 tirajla çap olunub.

Hazırda kitabın II cildinin üzərində iş gedir. Növbəti nüsxədə də aprel döyüşlərində qəhrəmanlıq göstərən  oğullarımızın  döyüş və həyat yolundan bəhs edəcək.

aida-3

Gununsesi.info