76 yaşlı kişi özünü asdı

  • Müəllif: admin
  • 01 Aprel 2017 13:23

intihar

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb.

Kənd sakini, 1941-ci il təvəllüdlü Hacıyev Vaqif Mirzə oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.

Evdə tənha yaşayan Vaqif Hacıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info