Aqrar sahədə yeni vəzifələr müəyyən edilir

  • By admin
  • 26 Yanvar 2023 11:14

Milli Məclis dövlət orqanları ilə birlikdə aqrar sahə ilə bağlı yeni vəzifələr müəyyənləşdirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin Aqrar siyasət komitəsinin yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb.

Eyni zamanda sessiya ərzində müvafiq orqanlar ilə aqrar sahədə işlərin gedişi və yeni vəzifələrin müəyyənləşdirilməsi müzakirə olunacaq.

Gununsesi.info