Arəstə “Vətən uğrunda” medalı ilə mükafatlandırıldı

  • By admin
  • 15 Dekabr 2020 22:20

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Təltif olunanlar arasında şəhid olan qadın hərbçimiz Arəstə Baxışova da var.

Baxışova Arəstə Kərim qızı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb.

 

Gununsesi.info