“Arda mənim böyük qardaşımdır” – İvan Rakitiç

  • By admin
  • 13 İyun 2016 11:59

rakitich-arda

 

AÇ-2016-dakı ilk matçında Türkiyəyə qalib gələn Xorvatiyanın yarımmüdafiəçisi İvan Rakitiç türk mətbuatına açıqlama verib. Futbolçu “Barselona”dan komanda yoldaşı olan Arda Turan haqqında da fikirlərini bölüşüb.

“Məncə çətin oyun oldu. İmkanlar əldə etdik. 2-ci, 3-cü qolu da vura bilərdik. Türkiyə də mübarizə apardı. Onlara olan bütün hörmətimlə bərabər deyirəm ki, bu gün biz daha yaxşı idik. Arda ilə oynamaq gözəl duyğudur. O mənim böyük qardaşımdı, böyüyümdür”.   (Apasport)