Arda Turan doğma klubuna qayıdır

“Qalatasaray” futbol klubu keçmiş futbolçusu Arda Turanla mövsümün sonunda müqavilə imzalayacaq.

Gununsesi.org bildirir ki, bu barədə “Hürriyet” nəşri yazıb.

Sözügedən qərar Arda Turan, “Qalatasaray”ın prezidenti Mustafa Cengiz və baş məşqçi Fatih Terimin görüşü zamanı qəbul edilib.

Doğma klubundan ayrılmaq istəməyən türkiyəli ulduz futbolçu karyerasını başa vurduqdan sonra Fatih Terimin köməkçisi kimi “Qalatasaray”da qalmaq istəyir.

Arda Turanın, həmçinin, gələcəkdə komandanın transfer məsələlərini idarə edə biləcəyi qeyd olunur.

Xatırladaq ki, Arda Turan “Qalatasaray”dan “Atletiko” komandasına, Madrid təmsilçilərindən isə “Barselona”ya transfer olunmuşdu.

Gununsesi.org