Arif Rəhimzadə icra başçılarını ittiham etdi - "BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRLAR"

  • By admin
  • 13 Noyabr 2017 12:40

“Yerli icra hakimiyyət orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlament komitələrinin gələn ilin büdcə zərfinin birgə müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, bu il  bələdiyyələrə subvensiya ayrılması məsələsi  hələ də öz həllini tapmayıb: “Bələdiyyələrə ayrılan vəsaitin bir hissəsi subvensiya şəklində olsun. Bunun mahiyyəti odur ki, bələdiyyə konkret müvafiq layihəni icra etsin. Məsələn, gələn il bələdiyyələrə 5,2 milyon manat ayrılıb. Olmazdı ki, bu, subvensiya formasında ayrılsın?”.

Millət vəkili bildirib ki, 2016-cı ildə bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri keçməyib: “2018-ci ildə isə ümumiyyətlə bələdiyyələrin layihəsi barədə heç nə əksini tapmayıb. Bu laqeydlikdirmi? Bu nə deməkdir?”.

Komitə sədri hökumət tərəfindən bu məsələlərə aydınlıq gətirilməsini tələb edib.

Mürtəza

Gununsesi.info