Artur Rasi-zadənin iştirakı ilə Milli Məclisin plenar iclası başladı

  • By admin
  • 21 Noyabr 2017 12:00

Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb.

Gununsesi.info-nun məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

Giriş nitqi ilə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi və makroiqtisadi siyasət makroiqtisadi təhlüklərin qarşısını almağa imkan verib: “2017-ci ilin yaddaqalan hadisələri “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi müddətinin 2050-ci ilədək uzadılması, BTQ dəmiryol layihəsinin istifadəyə verilməsidir. Bunlar Azərbaycanda dayanaqlı iqtisadiyata zəmin yaradıb, dinamik dəyişiklər əks etdirib. Son illərdə qeyri-neft  sektorunun payının 50 faizə çatması mümkün olub. Büdcə öz sosial yönümlülüyünü saxlayıb. Belə ki, 33,5 faizin sosial sahəyə ayrılması nəzərdə tutulub. Gələn il üçün real iqtisadi artım proqnozlaşdırılıb”.

Qeyd edək ki, iclasda baş nazir Artur Rasizadə olmaqla hökumət nümayəndələri də iştirak edir.

İclasda həmçinin, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Poçt haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək.

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.

Qeyd edək ki, müzakirələr noyabrın 23-dək davam edəcək.

Mürtəza

Gununsesi.info