AŞ PA Putinin Krımdakı seçkisini tanımayacaq - SEÇKİ QANUNSUZ ELAN EDİLƏCƏK

  • By admin
  • 23 Mart 2018 16:25

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının tarixi və gündəliyi açıqlanıb. Gununsesi.az  xəbər verir ki, qurumun toplantısı aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək.

Yaz sessiyasında Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət, ilhaq edilmiş Krımda Rusiyada prezident seçkiləri üzrə keçirilən səsvermənin qanunsuz sayılması və digər məsələlər müzakirə ediləcək.

AŞPA-nın sessiyasında Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.

Gununsesi.az