Aslan İsmayılov barəsində cinayət işi açıldı - TANINMIŞ VƏKİL XULİQANLIQDA İTTİHAM OLUNUR

  • By admin
  • 16 Oktyabr 2017 14:00
aslan
Hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi başlanıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə A.İsmayılov özü sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb: “Bu dəqiqələrdə Binəqədi Rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi Rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam”.

Gununsesi.info