Astara və Beyləqanda 1698 nəfərə şəxsiyyət vəsiqələri verilib

  • Müəllif: admin
  • 20 Avqust 2016 14:10
sexsiyyet1
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Gununsesi.info xəbər verir ki, nazirlik Şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Astara və Beyləqan  rayonlarının ucqar kəndlərində baş tutub.
Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən, ümumilikdə 1698 nəfər, o, cümlədən Astara  rayonunda 1477,  Beyləqan rayonunda isə 221 şəxsin müvafiq sənədləri icraya  qəbul edilib.
Bu sahədə tədbirlər davam etdirilir.
Gununsesi.info