QHT rəhbərinin öldüyü qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 20 Avqust 2016 14:20

nazirquliyevdhdhdh

Daxili İşlər Nazirliyi QHT rəhbərinin öldüyü qəza ilə bağlı məlumat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, avqustun 19-da saat 19.00 radələrində Beyləqan rayonunun Əlinəzərli kəndində Bakı şəhər sakini Nazir Quliyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, N. Quliyev Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri idi.

Gununsesi.info