“Avro-2016”nın ən yaxşı futbolçusu və rəmzi komandası

  • By admin
  • 12 İyul 2016 13:40

uefa

 

 

Fransa hücumçusu Antuan Qrizman futbol üzrə Avropa çempionatının ən yaxşı futbolçusu elan edilib.Gununsesi.info xəbər verir ki, UEFA-nın mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı idmançı yarışın ev sahibinin komandasına finala çatmaqda kömək edib, 7 oyunda 6 top vurub, 2 qolla nəticələnən ötürmə edib. O, həmçinin qitə birinciliyinin ən yaxşı hücumçusu kimi “Qızıl buts” mükafatına layiq görülüb.

Xatırladaq ki, “Avro-2016”nın finalında Fransa yığması 0:1 hesabı ilə Portuqaliyaya uduzub.

Antuan Qrizmanın qitə birinciliyində ən yaxşı futbolçu olmasını 13 ekspertdən ibarət xüsusi komissiya müəyyən edib. Komissiyanın heyətində Aleks Ferqyuson, Devid Moyes, Savo Miloşeviç, Alen Jires və digər tanınmış mütəxəssislər yer alıb.

Komissiya “Avro-2016”nın rəmzi yığmasını da açıqlayıb. Bu yığmaya Portuqaliyanın eyni vaxtda 4 futbolçusu daxil edilib. Ekspertlər oyunçuları turnirin yarımfinalına çatmış komandalardan seçiblər.

Rəmzi yığmanın heyətinə Ruy Patrisio (Portuqaliya), Pepe (Portuqaliya), Cerom Boatenq (Almaniya), Rafael Qerreyru (Portuqaliya), Coşua Kimmix (Almaniya), Toni Kroos (Almaniya), Co Allen (Uels), Aaron Remzi (Uels), Antuan Qrizman (Fransa), Dimitri Paye (Fransa), Kriştianu Ronaldu (Portuqaliya) daxildir.

 

Gununsesi.info