Əkizlərlə bağlı daha bir faciə  -Bu dəfə Bərdədə

  • By admin
  • 12 İyul 2016 13:50

 

ekiz

 

Bərdədə yeni doğulan uşaq ölüb. Gununsesi.info “APA”ya istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.

A.Qocayevanın yaxınlarının  verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.

Ailə üzvləri körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.

Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.

Gununsesi.info