Xədicə İsmayıl apellyasiya şikayəti verib

  • By admin
  • 12 İyul 2016 14:00

Xadica

 

Jurnalist Xədicə İsmayılova ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə X. İsmayılova özünün “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

 

Gununsesi.info