“Bank Standard”-a yeni rəhbər təyin olundu

  • By admin
  • 12 İyul 2016 13:33

bank

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Gununsesi.info-ya verilən məlumata görə, 12iyul 2016-cı iltarixində “Bank Standard” KB-nınmüvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka Baş Direktor təyin olunub.

Məlum olduğu kimi ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.

Bankın əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub. Sanasiya proqramı çərçivəsində, X.Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Artıq Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilmişdir. X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlamış, “Bank of Baku” və “Unibank”-da rəhbər vəzifələrdə çalışıb.

 

Gununsesi.info