Avroliqa oyunlarının başlayacağı tarix AÇIQLANDI

  • Müəllif: admin
  • 20 Aprel 2020 12:32

Avropa Liqası avqustun 2-də yenidən oyunlarına davam edə bilər.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, bu bütün milli çempionatların bərpasından sonra baş tutacaq. Avqustun 2 və 3-ündə ilk matçlar, 6 avqustda isə cavab matçları baş tutacaq.

Final matçının avqustun 27-də baş tutması gözlənilir. Matç Polşanın Qdansk şəhərində keçiriləcək.

Gununsesi.org